Lerik rayon sakini F.Məmmədzadə Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edərək metronun “28 May” stansiyasında qatarda cibindən “Samsung Galaxy S6” markalı mobil telefonunun oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən Mynews.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Nəcəfov olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub