Rusiyanın Moskva vilayətində azərbaycanlı iş adamına qarşı kuryoz cinayət hadisəsi baş verib.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan azərbaycanlı biznesmen Malino kəndi istiqamətində hərəkət edərkən naməlum şəxslər onun avtomobilinin qarşısını kəsiblər. Maskalı şəxslər onun avtomobilinə soxularaq 200 min rubl (təxminən 3500 dollar) pulu götürmək istəyiblər.
Amma iş adamı quldurlara müqavimət göstərib. Bu zaman basqınçılardan biri atəş açmağa başlayıb. Güllələr isə azərbaycanlı biznesmenə yox, basqınçılardan birinə dəyib. Nəticədə o, həlak olub. Panikaya düşən quldurlar yoldaşlarını hadisə yerində qoyaraq qaçıblar.
Hazırda onların axtarışı gedir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub