Azərbaycandan olan bir qrup şəxs Rusiyanın Vyborgski rayonunda kafelərin birində silahlı insident yaradıblar.
Mynews.az xəbər verir ki, hadisə yerinə gələn polislər davanın ölümlə nəticələnməsinin qarşısını ala biliblər.
Onlardan biri xüsusi təhlükəsizlik xidmətinin gizirindən qaçmağa çalışarkən işçilərin birinə atəş açıb. Saxlanılan şəxs polisə izahat verir.
Martın 18-də, təqribən gecə saat 02:00 radələrində Sirenevıy bulvar 18 ünvanında yerləşən “Milana” kafesinə Vıborq rayonunun xüsusi təhlükəsizlik alayı çağırılıb.
Kafedə azərbaycanlılar əlbəyaxa döyüşə və travmatik silahla atışmağa başlayıblar.
Rosqvardiyanın əməkdaşlarını görən dava iştirakçıları qaçmağa qərar veriblər, baş gizir onlardan birini təqib edib.
50 metrdən sonra qaçan şəxs dayanıb, geri dönərək 42 yaşlı baş giziri hədəfə alaraq atəş açıb. Cavabında əməkdaş Kalaşnikov avtomatından havaya xəbərdarlıq atəşi açıb. Şübhəliyə asimmetrik cavab çatıb və o, atəşi dayandırıb.
Nəticədə 32 yaşlı Əhmədov saxlanılıb. Martın 18-i, səhər saatlarında o, artıq içkinin təsirindən ayılıb və onunla Vıborq rayonunun 59-cu polis bölməsi məşğul olur.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub