"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında meyiti aşkarlanan şəxsin kimliyi müəyyənləşib.
Mynews.az xəbər verir ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya verilən xəbərə görə, meyit üzərində ilkin müayinə bitib, hazırda genetik müayinə aparılır. Ailəsi ümumi müayinə zamanı mərhumu tanıyıb.
Meyiti tapılan şəxsin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakadanın uçması nəticəsində itkin düşən neftçilərdən biri - operator Cavid Bəhramov olduğu bildirilir.
Qeyd edək ki, martın 4-də "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında naməlum kişi meyiti aşkarlanıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub