Bakıda qadın sərnişin marşrut avtobusu sürücüsünü döyüb.
Mynews.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Tbilisi prospekti ilə hərəkət edən 79 saylı marşrut avtobusunda baş verib.
İki sərnişin işıqforun qırmızı işığında dayanan sürücüdən avtobusu sürməyini tələb edib. Yaşıl işığın yanmasını gözlədiyini deyən və qadının tələbi ilə razılaşmayan sürücü həmin sərnişin tərəfindən təhqirə məruz qalıb. Qadın sərnişin sürücünü yumruqla vurub.
Daha sonra isə mübahisə marşrutun son dayanacağında davam etdirilib.
Avtobusun məxsus olduğu "Xaliq Faiqoğlu " şirkətindən bildirilib ki, hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub