Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Ceyhun Şirəliyevin Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az-ın məlumatına görə, ötən il iyulun 13-də Binəqədi rayonu ərazisində, Ceyhun Şirəliyev idarə etdiyi “İsuzu” markalı xətt avtobusunu dayanacaqda arxaya verərkən Bakı şəhər sakini Eldar Kərimovu vurub.
Nəticədə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən zərərçəkmiş orada keçinib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub