Şəkidə ölümlə nəticələnən ağır qəza oldu.
ARB Şəki xəbər verir ki, hadisə Aşağı Küncüt kəndində qeydə alınıb.
Şəki rayonu Kiçik Dəhnə kənd sakini 35 yaşlı Mustafayev Allahverdi Vilya oğlunun idarə etdiyi 10-BP-018 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə avtomobildə olan 4 sərnişindən ikisi, Kiçik Dəhnə kənd sakinləri, Adıgözəlov Adəm Şahruz oğlu və Həşimov Murad Zaman oğlu hadisə yerində dünyasını dəyişib. Avtomobildə sıxılı vəziyyətdə qalmış cəsədləri Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri çıxarıb, aidiyyatı üzrə təhvil verib. Sürücü və avtomobildə olan digər iki şəxs, 52 yaşlı Adamov Laçın Rəsul oğlu, 29 yaşlı Cəmilov Pərviz Rizvan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub