Bakıda nişanlısını öldürən 31 yaşlı oğlanı tutmaq hələ ki, mümkün olmayıb. Mynrews.az Lent.az-a istinadən xəbər verir ki, dünən səhərə yaxın Binə qəsəbəsində "Nardaranlılar məhəlləsi" kimi tanınan əraziyə, nişanlısının evinə gələrək onu öldürən 1986-cı il təvəllüdlü Məcidov Nəcəf Ramiz oğlu qaçıb.
N.Məcidov nişanlısı, 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızını və onun bacısı, 1997-ci il təvəllüdlü Ağayeva Rəhimə Dəyanət qızını bıçaqladıqdan sonra naməlum istiqamətə gedib.
Nəticədə İ. Ağayeva aldığı xəsarətdən dünyasını dəyişib. R. Ağayeva isə xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, 31 yaşlı Nəcəf İlahənin ondan ayrılmaq istədiyini öyrənəndən sonra onu öldürmək qərarına gəlib və gecə saatlarında qızın yaşadığı evə basqın edərək onu öldürüb. Bu zaman araya girən Rəhimə də xəsarət alıb.
Hazırda cinayəti törətmiş şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub