İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az bildirir ki, hadisə İsmayıllı şəhərində qeydə alınıb.
Şəhərin Cavanşir küçəsinin sakini olan ikinci qrup Qarabağ müharibəsi əlili, 1972-ci il təvəllüdlü Kəbirov Seymur Əkrəm oğlu idarə etdiyi idarə etdiyi "99-HK-143" dövlət nömrə nişanlı "NAZ Lifan" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq körpünün kənarından Əyriçay çayına aşıb.
Avtomobilin 15 metr hündürlükdən çay yatağına düşməsi nəticəsində sürücü Seymur Kəbirov ağır bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb olunan FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri müxtəlif kəsici alətlərdən istifadə etməklə əzilərək deformasiyaya uğramış avtomobili kəsib, onun içərisində sıxılmış vəziyyətdə qalan sürücü Seymur Kəbirovu xilas ediblər. Müharibə əlili ağır kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri aldığı üçün əvvəlcə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına, sonra isə vəziyyəti ağırlaşdığı üçün Bakı şəhərinə aparılıb.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
1118 dəfə oxunub
2
At ətini Bakıya gətirib satmaq istəyənlər tutuldu
1109 dəfə oxunub
3
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ SOSİAL
1096 dəfə oxunub
4
“İdrak” liseyinin direktoru: “Ailəmizin ictimai nüfuzuna ziyan vururlar”
1094 dəfə oxunub
5
“İdrak”da güllələnən müəllimdən xoş xəbər - AÇIQLAMA
1091 dəfə oxunub