İsmayıllı rayon sakini kustar üsulla hazırlanan tüfəngin partlaması nəticəsində ağır xəsarət alıb.
Mynews.az bildirir ki, hadisə ötən gecə Lahıc qəsəbəsində keçirilən bayram şənliyi zamanı qeydə alınıb.
Rayonun Ərəgit kənd sakini, 1988-ci il təvəllüdlü Tağıyev Tərlan Məmməd oğlu Lahıc qəsəbəsində bayram tədbiri zamanı kustar üsulla hazırladığı "Dayandoldurum" adlandırılan ov tüfənginə barıt və qırmanı dolduraraq havaya atəş açmaq istəyərkən ehtiyatsızlıq edib və tüfəng onun əlində partlayıb. Qaynaq yerindən partlayan tüfəng Tərlan Tağıyevin əl və üz nahiyəsindən ağır xəsarət almasına səbəb olub. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (Apa.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub