Qubada radikal dini təriqət üzvlərinə qarşı əməliyyat keçirilib.
Mynews.az xəbər verir ki, Quba Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polisə daxil olmuş məlumat əsasında rayon sakini Tehran Əmiraslanovun yaşadığı evdə əməliyyat həyata keçirilib.
Əməliyyat zamanı T.Əmiraslanovun qadağan olunmuş dini təriqətlərdən birinin təbliği ilə əlaqədar evində yığıncaq təşkil etdiyi müəyyənləşib. Evə baxış zamanı oradan 54 ədəd dini kitab və 16 ədəd audiokaset aşkar edilərək götürülüb.
Ev sahibi və yığıncaqda iştirak edən 22 nəfər saxlanılaraq barələrində tədbir görülüb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub