Göygöl rayonunda oğurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
Mynews.az xəbər verir ki, Göygöl rayonun Çaykənd kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Oruclu, Daşkəsən rayon sakini əvvəllər məhkum olunmuş Malik Cəfərov və Gəncə şəhər sakini Rafiq Bayramalıyev fevralın 28-dən martın 1-nə keçən gecə Məmmədov Qismət Əhəd oğlunun yaşadığı Göygöl rayonunun Köşkü kəndində yerləşən evinin qarşısında saxladığı VAZ-2121 minik markalı 25 - BG - 202 dövlət qeydiyyat nişanlı avtomobil qanunsuz olaraq talama məqsədi olmadan ələ keçirib.
Bundan başqa onlar bir qrup şəxs halında martın 2-dən 3-nə keçən gecə Əliyev Elxan Rauf oğluna məxsus şəxsi təsərrüfatında saxladığı 55 baş xırda buynuzlu heyvanı Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən fermasındakı tövlədən gizli yolla oğurlayıblar.
Dəstə üzvləri təkrarən martın 11-də gecə saat 02 radələrində Hüseynov Cabbar Aydın oğlunun Göygöl rayonunun Hacıməlik kəndində yaşadığı evin həyətindəki tövləyə qanunsuz daxil olaraq tövlədən iki baş 600 manat dəyərində buzovu oğurlayıblar. Keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində oğurluq cinayətləri açılıb və dəstə üzvləri saxlanılıb.
İş üzrə oğurlanmış heyvanlar tapılaraq sahiblərinə qaytarılıb.
Araşdırmalar davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub