Yevlaxda bayram günü qonşular arasındakı yeyib-içmək məclisi faciə ilə nəticələnib.
Mynews.az Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə martın 20-də rayonun Yuxarı Salamabad kəndində baş verib.
Sərxoş vəziyyətdə olan qonşular arasında mübahisə yaranıb. Əvvəllər məhkum olunmuş Mahir Paşayev qonşusu əvvəllər məhkum olunmuş Xəyal Yusifovu təhqir edib. Qonşusunun ağır söyüşlərinə dözə bilməyən X.Yusifov bıçağa əl atıb.
Fiziki cəhətdən Xəyaldan güclü olan Mahir ondan cəld tərpənib və onun əlindəki bıçağı alaraq Xəyalın bud nahiyəsinə zərbə yetirəndən sonra hadisə yerindən qaçıb.
X. Yusifov Xəstəxanaya aparılarkən yolda qanaxmadan həyatını itirib. M. Paşayev isə Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isti izlərlə saxlanılıb.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub