Səlahiyyətlərindən sui-istifadə etmək və 70 milyon dollar dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılan Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sədri, azərbaycanlı Roman Nəsirov açıqlama verib.
Mynews.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Nəsirov ona qarşı irəli sürülən ittihamları rədd edib, həmçinin hüquqlarını qanuni şəkildə məhkəmədə müdafiə edəcəyini deyib.
İki milyard qriven (təqribən 75 milyon dollar) girov qarşılığında azad ediləcəyi ilə bağlı tələbə gəlincə, Nəsirov bunu marazm adlandırıb: “İstənilən şəxs deyə bilər ki, bu, nə nəzəri, nə də praktiki baxımdan reallaşa bilməyəcək girovdur.
Mən heç vaxt qaçmayacağam. Haqlı olduğumu sübut edəcəm. Çünki etdiyim hər bir şey qanunidir”.
Qeyd edək ki, ötən gün Kiev məhkəməsi Nəsirova qarşı həbs qətimkan tədbiri seçməli idi. Lakin onun vəkilləri hakimin bu işdən uzaqlaşdırılmasını istədikləri üçün məhkəmə təxirə salınmışdı. Bu gün baş tutan prosesdə isə hakimin uzaqlaşdırılması ilə bağlı Nəsirovun vəkillərinin verdiyi vəsatət təmin olunmayıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub