Dünən səhər saatlarında Bakıda vətəndaşı qarət edən şəxs yol polisi tərəfindən yaxalanıb.
Mynews.az “Avtosfer.az”a istinadən xəbər verir ki, Afyəddin Cəlilov küçəsində orta yaşlı kişinin əlindən mobil telefonu alınıb.
Həmin şəxs dərhal ərazidə xidmət aparan Bakı şəhər DYPİ-nin YPX Alayının Müşayət-eskort bölüyünün 2-ci tağımının əməkdaşı, polis kapitanı İlham Əliyevə yaxınlaşaraq bir nəfərin onun mobil telefonunu alıb qaçdığını bildirib.
99 YP 437 nömrəli patrul avtomobilində xidmət aparan inspektor digər həmkarı, serjant Mustafa Məmmədzadə ilə birlikdə onlara müraciət edən vətəndaşı maşına mindirərək soyğunçunun qaçdığı istiqamətdə hərəkət ediblər.
Polislərin yaxınlaşdığını görən soyğunçu telefonu yerə ataraq şübhə yaratmadan ərazidən uzaqlaşmağa çalışıb. Lakin DYP əməkdaşları onu Sabit Orucov küçəsində saxlayıblar.
Yol polisləri həmin şəxsin özünün iştiraki ilə telefonu atdığı yerdən götürdükdən sonra onu Xətai rayan Polis İdarəsinin 37-ci polis bölməsinə təhvil veriblər.
Burada aparılan ilkin araşdırma zamanı məlum olub ki, telefon oğrusu 1991-ci il təvəllüdlü Abdullayev Elnur Əli oğludur.
Faktla bağlı araşdırmalara davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub