Gürcüstana 40 kiloqram çəkidə qızıl və zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin sədr müavini Vaja Navrozaşvili keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Azərbaycan vətəndaşı 36 kiloqram qızıl və 4 kiloqram çəkidə gümüş əşyaları Türkiyədən gətirib və “Sarpi” gömrük-keçid məntəqəsindən Gürcüstan ərazisinə keçirməyə cəhd edib.
“Mercedes Benz” markalı avtobusun gizli yerində aşkarlanmış zinət əşyalarının ümumi dəyəri 2 milyon laridən çoxdur (821 202 dollar).
Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub