Mynews.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində baş verib.
Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ramin Eldar oğlu Yusifov öz şəxsi avtomobilindən düşüb yolun o biri tərəfinə keçmək istəyərkən, yüksək sürətlə gələn başqa bir maşın tərəfindən vurulub. Yaralı ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə çatdırılıb.
İlkin müayinə zamanı yaralının vəziyyəti ağır olduğu üçün o, əvvəlcə Reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra "təcili yardım" avtomobili ilə Bakı şəhərinə gətirilib. Xəstəxanadan bildirilib ki, R.Yusifovun vəziyyəti olduqca ağırdır.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub