Xəzər rayonu Binə qəsəbəsində gənc oğlan nişanlısını boğazından bıçaqlayaraq qətlə yetirib. ARB TV xəbər verir ki, 26 yaşlı İlahə Ağayeva nişanlısına üzüyü geri qaytarmaq istəyi barədə xəbər göndərib. Buna 31 yaşlı Nəcəf Məcidovun tüfeyli həyat keçirməsinin səbəb olduğunu bildirib. İlahə Ağayeva ilə görüşmək istəyən Nəcəf buna nail olmadıqda onların evinə gəlib, nişanlısını və ona mane olmaq istəyən bacısı 20 yaşlı Rəhimə Ağayevanı bıçaqlayıb. Nəticədə İlahə hadisə yerində ölüb, Rəhimə isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Mərhumun xalası: "Uşaq gördü ki, bunda nəsə çatmıyan bir şey var. Anasına dedi ki, nə qədər sakitlikdi, qaytar məni, orda ölümümü görəcəksən. Anası da dedi ki, öz razılığınla qaytarmaq istəyirsənsə qaytaraq. Gəlib gecəynən ana işdə, 2 uşaq evin içində, açıb qapını girib içəri". Hadisəni törədən Məcidov saxlanılıb. *** Bakının Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızının nişanlısı Məcidov Nəcəf Ramiz oğlu tərəfindən başının kəsilərək öldürüldüyü haqda məlumat vermişdik. Milli.Az-a daxil olan məlumata görə, İlahənin 2 ilə yaxın nişanlı qaldığı Məcidov Nəcəfin üzüyünü qaytarma səbəbi ortaya çıxıb. Nəcəfin narkoman olduğundan xəbər tutan İlahənin yaxınları qıza nişanı qaytarmaq üçün təzyiq ediblər. Ağayeva İlahə nişanlısının pis vərdişini bildikdən sonra nişanı qaytarmaqda israrlı olduğunu Nəcəfə bildirib. *** Bakıda gənc oğlan nişanlısını boğazından bıçaqlayaraq qətlə yetirib. Hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb. Belə ki, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytarmağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub. Bundan sonra N.Məcidov tələb edib ki, keçmiş nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, oğlan onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İ.Ağayevanın bacısı 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb. Nəticədə İ.Ağayeva hadisə yerində ölüb. R.Ağayeva isə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır. N.Məcidov saxlanılıb. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub