“Ölkə.Az”-a verilən məlumata görə, 1991-ci il təvəllüdlü Əhmədov Fərid Səfər oğlu bir neçə bıçaq xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. Məlum olub ki, F.Əhmədov özünə anasının qəbrinin üstündə xəsarət yetirib.
Belə ki, dayısıoğlu ilə anasının qəbrinin üstünə ziyarətə gedən Fərid qohumundan bir az aralı durmağı xahiş edib. Fəriddən ayrılan dayısıoğlu 5 dəqiqə keçməmiş bibisioğlunu qan içində görüb. Üzərində gəzdiridiyi bıçaqla özünə bir neçə bıçaq xəsarəti yetirən Fəridin vəziyyəti ağır kimi qiymətləndirilir.
Araşdırmalar zamanı məlum olub ki, F.Əhmədov 2-ci qrup əlildir və psixoloji probemləri var, dəfələrlə bu xəstəliklə əlaqədar xəstəxanada müalicə alıb.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub