Masallıda güllələnmə olub.
Rayonun Qızılavar kəndində qeydə alınan hadisə zamanı kənd sakini, 65 yaşlı Ağəddin Ağayev güllələnib. Masallı rayon mərkəzi xəstəxanasına çatdırılan Ağəddin Ağayevdə 4 güllə yarası aşkar edilib.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, güllələrdən biri onun qolundan, üçü isə qarın nahiyəsindən dəyib. Yaralı dərhal əməliyyata götürülüb, onun vəziyyətinin ağır olduğu deyilir. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Rayon polis şöbəsindən verilən məlumata görə kənd sakininə güllə atan şəxs və ya şəxlər hələki müəyyənləşməyib.
İddialara görə münaqişə Ağəddin Ağayevin oğlu ilə onu vuran şəxs və ya şəxslər arasında baş verib. Oğlunu axtarıb tapa bilməyən həmin şəxslər atasını güllələyiblər.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub