Qaxda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, martın 25-də saat 19.00 radələrində Qax şəhəri, H. Z. Tağıyev küçəsi ev 1 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Ləqman Mehdi oğlu Əhmədov travmatikşok vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan APA-ya bildirilib ki, Ləqman Əhmədovun "Qax Taxıl" Açıq Səhmdar Cəmiyyəti müəssəsinin həyətindəki quyuya yıxılaraq ağır qapalı kəllə-beyn travması aldığı məlum olub. Xəstəxanada ilkin tibbi yardım göstərilən xəstə müayinə və müalicəsini davam etdirmək üçün Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub