Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun 4-cü kilometrliyində Salyan rayonunun Qırxçıraq kəndi ərazisində baş verib.
Belə ki, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Rauf Sahib oğlu Quliyev idarə etdiyi "VAZ-2107" markalı, 09-BO-697 dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olan zaman maşını su kanalına aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, Ağdaş rayonunun Ləki qəsəbə sakini, 1983-cü il təvəllüdlü Qərib Yenidünya oğlu Quliyev avtomobilin içində boğularaq ölüblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub