Martın 23-də Masallı rayonunun Qızlavar kəndi ərazisindən kənd sakini Ağəddin Ağayevin qol və qarın nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-dən Mynews.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlərlə A.Ağayevi odlu silahdan açdığı atəşlə yaralayıb hadisə yerini tərk edənin Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyev olması və onun Bakı şəhərinə gedərək orada gizlənməsi müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əliyevin paytaxtın N.Nərimanov rayonu ərazisində gizləndiyi müəyyən olunub və yaxalanarkən o, polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib.
Polis əməkdaşları xidməti silahdan istifadə edərək Z.Əliyevi məhv ediblər. Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança və 3 ədəd patron, mənzildən isə 2 ədəd qumbara və 5 ədəd giliz aşkar edilərək götürülüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub