Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Babaşovdan çəkisi 2 kiloqram 20 qram olan heroin aşkar edilib.
Bu barədə Mynews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aşağı Tala kənd sakini Tural Yunusov 16,7 qram marixuananı satarkən cinayət başında yaxalanıb. Davam etdirilən tədbirlərlə onun narkotiki əldə etdiyi mənbə də müəyyən edilib və narkotiki ona satmış həmkəndlisi Samir Atayev saxlanılıb.
Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 337,3 qram marixuana aşkar edilərək götürülüb.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hacıyevdən isə 380 qram marixuana aşkar edilib.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
1
Müəllimi güllələyən şagirdlə bağlı ilginc faktlar: "Deyirdi ki, bir gün güllələyəcəm..."
1127 dəfə oxunub
2
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
1036 dəfə oxunub
3
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
1018 dəfə oxunub
4
"Günahkar valideyndir" - Təhsil eksperti
1014 dəfə oxunub
5
At ətini Bakıya gətirib satmaq istəyənlər tutuldu
1010 dəfə oxunub