Babək prospektində yerləşən anbardan 7 min manata yaxın təmir-tikinti alətləri oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, martın 24-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə rayon ərazisindəki anbarlardan birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla martın 18-dən 24-dək olan müddətdə Babək prospektində yerləşən anbardan 6746 manat dəyərində təmir-tikinti alətlərinin oğurlandığı məlum olub.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini Namiq Xudaverdiyev olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub