Şabranda radiator və akkumulyator oğruları saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Mynews.az-a verilən məlumata görə, martın 18-də Şabran rayon Uzunboyad kənd sakini Yasin Əsgərov RPŞ-yə ərizə ilə müraciət edərək rayonun Məliklər kəndində ona məxsus olan kənd təsərrüfatlarının saxlanc yerindən ümumi dəyəri 1000 manata yaxın olan avtotexniki avadanlığın naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Ruslan Cəfərquliyev, Elvin İmamverdili və İlkin Verdiyev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər. Ogurladıqları radiator və akkumulyatorlar maddi sübut kimi onlardan götürülüb.
Faktla bağlı barələrində Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub