İrandan Azərbaycana gizli yollarla narkotik vasitələrin keçirilməsi hallarının qarşısının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
DİN-dən Mynews.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Sabunçu rayon sakini Çingiz Mansurovun İrandan Azərbaycana narkotik maddə keçirməsi barədə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs saxlanılıb və onun üzərindən 51,42 qram, mənzilindən isə 123,42 qram heroin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Ç.Mansurovla cinayət əlaqəsinə girərək narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha iki nəfər - paytaxt sakinləri Emin Tağıyev və əvvəllər məhkum olunmuş Azad Dadaşov saxlanılıb. A.Dadaşovun yaşadığı evə baxış zamanı 560,328 qram heroin aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, dəstə üzvü olan Ç.Mansurov bir müddət əvvəl şəxsi avtomobili ilə dövlət sərhədini keçərək İran İslam Respublikasına gedib. Ç.Mansurov orada Cəmşid adlı şəxslə cinayət əlaqəsinə girərək 1 kiloqrama yaxın heroini satmaq məqsədi ilə Azərbaycana aparmaq barədə razılığa gəlib. Bu məqsədlə heroin Ç.Mansurovun avtomobilinin arxa təkər sistemində gizlədilib və ölkəyə keçirilib.
Narkotik maddənin satışı isə E.Tağıyev və A.Dadaşov tərəfindən təşkil olunmalı imiş.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub