Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları dələduzluqla axtarışda olan şəxsi həbs edib.
Mynews.az “Ölkə.Az”a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Tural Marks oğlu Mamedov Nərimanov RPİ-si 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həbs olunaraq istintaq orqanına təhvil verilib.
Faktı Nərimanov Rayon Polis İdarəsindən də təsdiq ediblər. Məlum olub ki, Tural Mamedov cinayət məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Belə ki, o, vətəndaşın etibarından sui istifadə edərək dələduzluq edib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib, ancaq T.Mamedov istintaqdan yayındığı üçün polis idarəsi tərəfindən axtarışa verilib.
Araşdırmalarımız zamanı məlum olub ki, 1986-cı il təvəllüdlü Tural Mamedov 2015-ci ildə Azərbaycanda keçirilən beşinci çağrış parlament seçkilərində 121 saylı Laçın seçki dairəsindən bitərəf olaraq deputatlığa namizəd olub. Həmçinin Təhsil Nazirliyinin əmri əsasında “Azərbaycan tarixi” Abituriyentlər üçün dərs vəsaitini hazırlayıb, “Qafqaz servis “ MMC-nin rəhbəri olub, Xalqinfo.az xəbər portalının baş direktoru vəzifəsində işləyib.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub