Mərhum xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluqda təqsirli bilinən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Firəngiz Ulutürk ifadə verib.
Zərərçəkmiş bildirib ki, Xalq şairi Xəlil Rza Ulutürkün kitablarını nəşr etdirmək üçün təqsirləndirilən şəxsə 4 min manata yaxın pul verib.
O, dəymiş ziyanın ödənilmədiyini deyib, təqsirləndirilən şəxsdən ziyanın ödənilməsini tələb edib.
İttihama görə, Mirzə Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirmək adı ilə onun həyat yoldaşı Firəngiz Ulutürkü aldadaraq ondan təxminən 4 min manat alıb.
Istintaq araşdırması zamanı təqsirləndirilən şəxsin daha bir neçə nəfərə qarşı dələduzluq etdiyi müəyyən edilib. O, işdə olan digər zərərçəkmişlərə ümumilikdə 100 min manatdan çox ziyan vurub.
Mirzə Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham elan edilib.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub