USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Azərbaycanlı milyarderin qızıl dirəkləri oğurlandı

21:20 28.03.2018
Azərbaycanlı milyarderin qızıl dirəkləri oğurlandı
21:20 28.03.2018
Azərbaycanlı iş adamı Telman İsmayılova məxsus Antaliyanın Kundu bölgəsində yerləşən "Mardan Palace" oteli oğruların hədəfinə çevirilib.     2010-cu ildə "Dünyanın ən lüks hoteli” seçilən oteldə oğurluq hadisəsi baş verib. Belə ki, oğrular otelin qızılı rəngə boyanmış 10 dirəyini oğurlayıblar.    Hotelin qarətə məruz qalması təhlükəsizlik işçilərinin işdən çıxarılması ilə əlaqələndirilib.   Qeyd edək ki, sözügedən otelin dirəkləri bir müddət öncə də oğurlanmışdı. Həmin vaxt polis oğruları yaxalaya bilmişdi.    Onu da qeyd edək ki, 2009-cu ildə açılışı olan "Mardan Palace” otelinin tikintisinə 1.4 milyard dollar xərclənib. 

Xəbər lenti