Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar Faiq Qasımov dünyasını dəyişib.
Mynews.az "ARB Kəpəz"ə istinadən xəbər verir ki, aktyorun 68 yaşı var idi.
Qeyd edək ki, F.Qasımov 25 avqust 1948-ci ildə dünyaya gəlib. O, Cəfər Cabbarlının “Almaz” və “Aydın”, Altay Məmmədovun “Kişilər” və “Ulduzlar görüşəndə”, Sabit Rəhmanın (“Nişanlı qız”, “Xoşbəxtlər” və “Küləklər”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, Vilyam Şekspirin kimi “Otello” və “III Riçard” kimi tamaşalarda rol alıb.
Əməkdar artist Teatr Xadimlər İttifaqının üzvü, “Qızıl Dərviş” mükafatı laureatı adına layiq görülüb.
Mərhumla vida mərasimi sabah saat 11:00-dan 14:00-dək Gəncə Dövlət Dram Teatrının binasında olacaq. O, Gəncədəki Fəxri xiyabanda dəfn ediləcək.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub