Eyni zamanda, güclü şimal-qərb küləyi proqnozlaşdırılır. Bu gün isə İnternetin Azərbaycan seqmentində küləklə bağlı xəbərdarlığı əks etdirən səs yazıları yayılıb.
Mynews.az-ın məlumatına görə, səs yazılarında bildirilir ki, martın 30-da ölkə ərazisində əsəcək şimal-qərb küləyinin sürəti saniyədə 15-29 metr, saatda 54-104 kilometr təşkil edəcək.
Güclü külək nəticəsində ağacların budaqlarının qırılması, binaların damlarının uçması, reklam şitlərinin aşması ilə bağlı xəbərdarlıq edilir:
“Uşaqların məktəbə getməsini tövsiyə etmirəm. Maşınları ağacların altında, binalara yaxın yerlərdə saxlamayın”,- deyə səs yazısında qeyd edilir. İkinci səs yazısı isə dənizdə işləyənlərə ünvanlanıb. Təhlükəli hidrometeoroloji xəbərdarlıqla başlayan səs yazısında qeyd edilir ki, martın 30-dan 31-i günün ikinci yarısına qədər şimal-qərb, şimal küləyi əsəcək.
Bildirilir ki, küləyin sürətinin saniyədə 19-24, arabir 28-30 metrədək güclənəcəyi gözlənilir. Açıq dənizdə küləyin sürəti 35-38 metr-saniyə olacaq. Dalğanın hündürlüyü 2,5-4,5 metrə çatacaq. Sonrakı inkişafda dalğanın hündürlüyü 5,0-8 metrə qalxacaq.
1
Müəllimi güllələyən şagirdlə bağlı ilginc faktlar: "Deyirdi ki, bir gün güllələyəcəm..."
1127 dəfə oxunub
2
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
1036 dəfə oxunub
3
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
1018 dəfə oxunub
4
"Günahkar valideyndir" - Təhsil eksperti
1014 dəfə oxunub
5
At ətini Bakıya gətirib satmaq istəyənlər tutuldu
1010 dəfə oxunub