Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Elmar Qasımovun Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az-ın məlumatına görə, ittiham aktına əsasən, bu il yanvarın 2-də, saat 22:00 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki hotellərdən birinə bomba qoyulması barədə məlumat verib.
Məlumat əsasında hadisə yerinə FHN və polis əməkdaşları cəlb olunub. Araşdırma zamanı məlumat təsdiqini tapmayıb. Həmin gün isti izlərlə Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Səbail RPİ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri ilə partlayıcı qurğu qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Elmar Qasımov müəyyən edilərək saxlanılıb.
Keçirilən kompleks məhkəmə-psixiatrik ekspertizasının rəyinə görə, E.Qasımov cinayəti törədərkən öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmayıb. Buna görə onun əməli Cinayət Məcəlləsinin 21-ci (anlaqsızlıq) maddəsinin təsiri altına düşür.
Məhkəmə qərara gəlib ki, təqsirləndirilən şəxsə məcburi müalicə tədbirləri tətbiq edilsin və o, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilsin.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub