Köhnə kamera yoldaşının dediyinə görə, onsuz da doğuşdan ürəkli, cəsarətli olan Qulini 20-22 yaşında daha da ötkəm edən iki amil idi.
Keçmiş məhbusun söhbəti: "Onda silah da vardı, pul da. Bunlar olan yerdə insan, xüsusilə də gənc adam daha da cəsarətli olur. Elə bilir ki, şəhərin yiyəsi özüdür. Mən onu ilk dəfə o vaxt "Narkoz” deyilən universitetin önündə küçədə görmüşəm. Belindəki silahı göstərə-göstərə gəzirdi. Açığı o zaman məndə də silah vardı, amma həmişə gödəkcəmin altında olardı və heç vaxt da heç kimə göstərməzdim. Quli isə silahının kiminsə görəcəyindən çəkinmirdi. O, və ən yaxın dostları (biz həbsxanada dostlaşdıq) riski sevirdilər, heç kimdən çəkinmirdilər.
Bəzi kriminallar kiminsə "yükləyəndə”, yəni "dolya” tələb edəndə (onu da deyim ki, "xərac” sözü bizim aləmin adamlarına xoş gəlmirdi) deyirdilər ki, pulu gətir filan yerə qoy, yaxud filankəsə ver, o, bizə verəcək. Çoxları çalışırdı ki, "dolya” verənlərlə birbaşa kontakta girməsinlər. Amma Quligil birbaşa, çəkinmədən kontakta girirdilər. Cavan uşaqlar idilər, çox cəsarətli və qətiyyətliydilər. 1993-cü ildə kiminsə başqasından 20 min alacağı olur, amma ala bilmir. O vaxt artıq adı bu işlərin ustası kimi çıxmış olduğu üçün Qulidən yardım istəyir. Həmin vaxt Quli 21 yaşın içindəydi, özü də indiki kimi dolbədənli deyildi, cüssəcə də, sifətcə də yeniyetmələrə bənzəyirdi. Heç kim deməzdi, onun 21 yaşı var. Amma həmin şəxs Qulinin bacarığı haqda eşidibmiş deyə, ondan yardım istəyir. Quli həmin işi götürür və söz verir ki, pulu alıb qaytaracaq. Pulu qaytarmayan şəxslər "Azneft” meydanı tərəfdə, yaşlı və pullu adamların oturduğu bir məkandaymışlar. Quli həmin yerə gəlib içəri girir və deyir ki: "Mən Quliyəm, filankəsin pulunu almağa gəlmişəm”.
O adamlar baxıblar ki, uzağı onuncu sinif şagirdinə bənzəyən bir yeniyetmədir, düşünüblər ki, bu kimdir, o boyda pulu buna verək aparsın. Quli deyəndə ki, 20 min mənə çatacaq, onlar gülüblər. Bu kişilərin yanındakı cangüdənləri və silahlı adamları da varmış. Biri gülə-gülə Qulidən soruşur ki, sən kim olduğunu dedin, bir də de, bilək. Onların gülüşmələri Quliyə xoş gəlməyib və söhbəti uzatmayıb. Tapançasını çıxarıb onların birini dizindən güllələyib. Adamlar görüblər ki, bu, uşaq olsa da, qorxusuz uşaqdı, dərhal pulu çıxarıb veriblər. O, adını bizim aləmdə bu cür hərəkətləri ilə tanıtdı, o vaxt gənc idi, dəliqanlı idi, birbaşa "taran”a gedirdi. Bu səbəbdən də onu bizim dairədə "canavar” adlandırırdılar”. (moderator.az)
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub