Qubada gündüz saatlarından etibarən əsməyə başlayan güclü külək günün ikinci yarısından dağlarda və rayonun özündə qar ilə müşayiət olunmağa başlayıb.
Hazırda Xınalıq kəndində yerə düşən qarın hündürlüyü 16 sm-ə çatıb.
Yağan qar Quba-Xınalıq yolunda çətinlik yaratmayıb. Yol hələlik açıq olsa da, səhər saatlarında təhlükəli olacağından ehtiyat edilir. Sulu qarın yollarda qar uçqunları əmələ gətirə biləcəyi bildirilir.
Rayonun Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov "Report"a açıqlamasında sürücülərə xitabən bildirib ki, martın 31-də Qubadan Xınalıq istiqamətinə və əks tərəfə gedib-gələrkən diqqətli olmaq lazımdır.
"Bu yolda qəza riski qaçılmazdır. Xınalıq yolunda hər an qar uçqunları ola bilər", - deyə o əlavə edib.
Quba-Qonaqkənd istiqamətinə gedən yollara da qarın yağması çətinliklər yaratmayıb. Rayonun ucqar Xaltan və Buduq kəndlərinə də güclü qar yağır, burda nəqliyyatın və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb. (report)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub