Sumqayıt Apellyasiya Məhkəməsində sevdiyi qızın anasını öldürməkdə təqsirləndirilən Samir Hacəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Mynews.az “Report”a istinadən xəbər verir ki, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, S.Hacəliyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
İttiham aktına əsasən, S.Hacəliyev 2017-ci il martın 27-də Xaçmaz rayonunun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb.
Araşdırma zamanı məlum olub ki, S.Hacəliyevin G.Sultanovanın qızı ilə sevgi münasibətləri olub. O, daha sonra 2014-cü ildən G.Sultanovanın evinə gedib-gəlməyə başlayıb. Bu müddətdə onun G.Sultanova ilə münasibətləri yaranıb. O, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.
Hadisə baş verən günü S.Hacəliyevlə G.Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın onu söyərək təhqir edib. Onların mübahisəsi sonda qanlı cinayət hadisəsi ilə nəticələnib.
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində S.Hacəliyev həbs edilib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham edilib.
Məhkəmənin baxış iclasında qətlə yetirilən qadının qızı Reyhan Feyzullayeva dindirilib. O, dörd il ərzində anası ilə S.Hacəliyev arasında münasibətlərin olduğunu ifadə edib: “Məni sevə-sevə anamla da münasibət saxlayırdı. Buna görə də xəcalət çəkirəm. Bununla bağlı maraqlandım. Mənə dedilər ki, “onların münasibətləri var, guya sən bunu bilmirsən”? Həm anamla, həm də Samirlə danışdım. Samir and içdi ki, ananla münasibətim yoxdur. Amma ona inanmadım”.
S.Hacəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
1
Müəllimi güllələyən şagirdlə bağlı ilginc faktlar: "Deyirdi ki, bir gün güllələyəcəm..."
1127 dəfə oxunub
2
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
1036 dəfə oxunub
3
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
1018 dəfə oxunub
4
"Günahkar valideyndir" - Təhsil eksperti
1014 dəfə oxunub
5
At ətini Bakıya gətirib satmaq istəyənlər tutuldu
1010 dəfə oxunub