Dünən Lənkəranda 6 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, rayonun Gərmətük kəndi ərazisində 99-BJ-224 dövlət nömrə nişanlı "Ford Cargo" markalı yük avtomobilinə çırpılan 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi Pajero İO" markalı minik maşınında olanlar toya gedirmiş. Belə ki, Bakıda yaşayan Ləj kənd sakinləri yaxın qohumlarının toyunda iştirak etmək üçün paytaxtdan doğma rayonlarına yola düşüblər.
İlkin araşdırmalar zamanı dəhşətli qəzaya yük maşınının səbəb olduğu məlum olub və sürücü, 1987-ci il təvəllüdlü Natiq Cəfərov hadisənin necə olduğunu danışıb. O deyib ki, paytaxt istiqamətində hərəkətdə olarkən qarşısındakı minik avtomobili qəfil əyləcə basıb. İdarə etdiyi iri yük maşınını qarşısındakı avtomobilə çırpmaq istəməyən 31 yaşlı sürücü yolun əks hərəkət istiqamətinə çıxıb və öz yolu ilə hərəkətdə olan "Mitsubishi Pajero İO” ilə toqquşub.
Minik avtomobili ilə toya gedən 7 nəfərlik ailədən Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanova hadisə yerində ölüb. Maşından yalnız 7 yaşlı Aslanov Ülvi Faiq oğlu sağ çıxıb və o, xəstəxanaya yerləşdirilib.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub