Mynews.az azxeber.com-a istinadən bildirir ki, Xocavənd rayonunda hadisə yerinə gedən polis əməkdaşı bıçaqlanıb.
Xocavənd rayonunda Fəxri adlı şəxs ailə üzvləri ilə dava etdiyi üçün onun atası Fikrət polisə müraciət edib. Polis hadisə baş verən yerə gəldikdə isə Fəxri daha da aqressivləşib və əlinə bıçaq alaraq onların üzərinə gedib. Bu zaman polis əməkdaşları kənara çəkiliblər. Fəxri polislər əməkdaşlarına "aranızda kişi yoxdur?”, deyərək onları təhqir edib.
Orxan adlı polis əməkdaşı təhqirə dözməyərək Fəxrinin üzərinə yeriyib. Bu zaman Fəxri bıçaqla polis əməkdaşının qarın nahiyyəsinə bıçaqla zərbələr endirib. Polis əməkdaşı xəstəxanaya yerləşdirilib, əməliyyat zamanı Orxanın bir böyrəyi və dalağı çıxarılıb. Polis əməkdaşı hazırda Bakı şəhərində xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu deyilir.
Qeyd edək ki, Fəxri ilə bıçaqlanan polis əməkdaşı Orxan sinif yoldaşı olublar.
Hadisə ilə bağlı cinayət işi açılıb.
1
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
428 dəfə oxunub
2
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
423 dəfə oxunub
3
İlham Əliyev fərman imzaladı
414 dəfə oxunub
4
Gəncədə yük avtomobili yaşlı qadını vuraraq öldürüb
409 dəfə oxunub
5
Yük avtomobili qadını vurub öldürdü
374 dəfə oxunub