Şamaxıda minik avtomobili kəndin girişində yol nişanına çırpılıb, 4 tələbə xəsarət alıb.
Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Məlhəm kəndi ərazisində baş verib.
“VAZ 21014” markalı “90 HO 284” dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil Məlhəm kəndinin girişində məlumat lövhəsinə çırpılıb.
Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Quliyev Elmar Eldəniz oğlu və həmyaşıdları - Alışov Famil Fuad oğlu, Mustafayeva Pakizə Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Minik avtomobilində olan Şitayeva Tavat Mehman qızı isə daha ağır xəsarət alıb, koma vəziyyətindədir.
Xəsarət alanları Şamaxı rayonundakı ali təhsil müəssisələrinin birinin tələbələri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub