Paytaxt sakini olan bir qadın martın 30-da Xətai rayonu, Sarayevo küçəsində hərəkətdə olan zaman naməlum şəxs ona qarşı zor tətbiq edərək cibində olan mobil telefonunu ələ keçirərək qaçmağa cəhd göstərib.
DİN-dən Mynews.az-a verilən məlumata görə, zərərçəkənin səs-küyünə yaxınlıqda xidmət aparan Xətai Rayon Mühafizə İdarəsinin tağım komandiri, polis leytenantı Elvin İmanlı və polis serjantı Ceyhun Məmmədov dərhal reaksiya göstərərək soyğunçuluq edərək qaçan şəxsi təqib etməyə başlayıblar.
Polis əməkdaşlarının çevikliyi sayəsində qeyd edilən cinayəti törədən şəxs Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Axundov hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılaraq 34-cü Polis Şöbəsinə təhvil verilib. Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman zərərçəkənə məxsus telefon və bir ədəd bıçaq aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsi müraciət edə bilərlər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub