Bakıda qadınlara masaj xdməti adı altında əxlaqsız təkliflər edən şəxsləri ifşa edib.
Minval.İnfo xəbər verir ki, bu işdə çəkiliş heyətinə aktrisa Pərvanə Qafarova kömək edib. Xanım aktrisa “masajçı” oğlana zəng edib, ünvanı başa salıb. Çox keçməyib ki, internetdə “Xanımları müalicəvi masaj edirəm” elanı verən şəxs təyin edilən məkana gəlib.
O, öz qurbanından evli olub-olmadığını soruşub. Bu yolla atacağı addımın risk səviyyəsini də ölçüb. Bir az tanışlıqdan sonra masaj xidməti bəy tərəfindən həyata keçirilib. Çox keçməyib ki, bu xidmətin masaj yox, masaj adı altında intim xidmət olduğu bəlli olub.
Belə ki, qısa söhbətdən sonra fürsəti əldən verdiyini görən bu şəxs gün ərzində xanıma çoxsaylı mesajlar yazaraq masaj etməyi təklif edib, evli bildiyi qadını yoldan çıxarmaq təşəbbüsünü davam etdirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub