Nərimanov rayonunda yerləşən, paytaxt sakini Cavid Səfərova məxsus fotostudiyadan oğurluq edilib.
DİN-in mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, obyektin qapısını sındıran naməlum şəxslər oradan ümumi dəyəri 35000 manat olan avadanlıqları oğurlayıblar.
Məlumat daxil olan kimi Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən üç nəfər - Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Elmir Qasımov, Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Maşallah Qurbanov və Astara rayon sakini Ceyhun Əlizadə saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, obyektə dəstə üzvü C.Əlizadə və E.Qasımov daxil olub. Hadisə zamanı M.Qurbanov isə fotostudiyadan bir qədər kənarda dayanaraq gəlib-gedən barədə digər dəstə üzvlərinə məlumat verməli imiş.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şöbədə toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub