Gürcüstan Respublikası istiqamətindən Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Gürcüstan Respublikası vətəndaşı Alıyev Fazil Nəsib oğlunun idarə etdiyi “Mersedes Benz E240” markalı 90 XD 078 dövlət nömrə nişanlı minik avtomobilinə gömrük baxışı keçirilib.
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin ön sağ və sol qanadlarının altından, arxa qapılarının alt dayaqlıqlarının içindən və salonundan gömrük nəzarətindən gizlədilən 3 ədəd “Samsung Galaxy J1” , 11 ədəd “Samsung Galaxy J1 mini prime”, 4 ədəd “Samsung Galaxy J2”, 5 ədəd “Samsung Galaxy J3”, 6 ədəd “Samsung Galaxy J5 Prime”, 2 ədəd “Samsung Galaxy J3 Pro”, 24 ədəd “Corn Experience”, 26 ədəd “Samsung Keyston2”, 30 ədəd X-BO V3+”, 1 ədəd Nokia RM-1133” markalı ümumilikdə 112 ədəd mobil telefonlar, müxtəlif adda mobil telefonlara aid 144 ədəd qidalandırıcı, 48 ədəd USB kabeli, 60 ədəd qulaqcıq və 214 ədəd müxtəlif mobil telefonlara aid qutular aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub