Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini N.Rzayeva aprelin 3-də “Neftçilər” stansiyasında qatara minərkən əl çantasından içərisində pulu, tələb bileti, bank kartı olan pulqabısının oğurlandığını bildirb.
Dərhal şöbənin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən şəxs tezliklə müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə o, elə həmin stansiyasının ətrafında polis əməkdaşları tərəfindən yaxalanıb.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elməddin Quliyev olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı oğurlanmış pulqabı ondan aşkar edilib.
E.Quliyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 ay müddətinə həbs olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub