Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini İlkin Feyzullayevin Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az-ın məlumatına görə, ötən il aprelin 25-i səhər saat 8:00 radələrində paytaxtın Qara Qarayev prospektində İlkin Feyzullayev idarə etdiyi “BMW” markalı avtomobillə piyada zolağı ilə yolu keçən Bakı şəhər sakinləri Rafiq Rzayevi, Dəyanət Ağazadəni, qardaşı İlhamı və Lənkəran şəhər sakini Tamaşa Cəbrayılovanı vurub.
Nəticədə xəsarət alan piyadalar 3 saylı kliniki xəstəxanaya çatdırılıblar, lakin həkimlərin müdaxiləsinə baxmayaraq, T.Cəbrayılova orada keçinib. Sürücü Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs altı il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub