Paytaxtın Nəsimi rayonu Moskva prospektində yerləşən elektron avadanlıqlar satılan mağazalardan birindən soyğunçuluq edilib.
DİN-dən Mynews.az-a verilən məlumata görə, mağazaya daxil olan naməlum şəxs orada satış üçün nəzərdə tutulan hər birinin qiyməti 1800 və 1600 manat olan 2 ədəd “Samsung” markalı mobil telefon götürərək oradan qaçıb.
Hadisə barədə Nəsimi Rayon Polis İdarəsinə məlumat daxil olan kimi həmin şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində, qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Yusif Sadıqov saxlanılıb. İlkin ifadəsində saxlanılan şəxs törətdiyi əməli etiraf edib və ələ keçirdiyi mobil telefonları satdığını bildirib. Həmçinin Y.Sadıqov həmin mağazanın paytaxtın Nizami rayonunda yerləşən filialından da iki ədədn eyni markalı mobil telefon oğurladığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə müraciət edə bilərlər.
1
Müəllimi güllələyən şagirdlə bağlı ilginc faktlar: "Deyirdi ki, bir gün güllələyəcəm..."
1113 dəfə oxunub
2
Müəllimi güllələyən şagirdi bu cəza gözləyir
1108 dəfə oxunub
3
Liseydə güllələnən müəllimin vəziyyəti açıqlandı
1106 dəfə oxunub
4
İdrak liseyi kimindir? - FOTO
1100 dəfə oxunub
5
Bakıda şagird müəllimi güllələdi - YENİLƏNİB
1100 dəfə oxunub