Hacıqabul Rayon Polis Şöbəsinə müraciət edən Nəvahı qəsəbə sakini Z.Əhmədova mart ayının 25-dən aprelin 5-dək olan müddətdə evinin həyətindən qaynaq aparatı, 90 metr elektrik kabeli və inşaat materiallarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Zeynalov olduğu müəyyən edilib.
V.Zeynalovun evində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı oradan “Naqan” markalı tapança da aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub