Hazırda həbsdə olan kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovun bacısın əri Vidadi Hüseynovun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, ötən proses Vidadi Hüseynovun həbs müddətini uzadılıb. Bu dəfə məhkəmənin hazırlıq iclası başa çatır. Tərəflərin heç bir vəsatəti olmayıb və işin baxışa verilməsini heç kim etiraz etməyib. Cinayət işi məhkəmə baxışına təyin edilib. Məhkəmə baxışı martın 15-ə təyin edilib.
Qeyd edək ki, V. Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 12,360 qram heroin aşkarlanıb. V. Hüseynovun barəsində Cinayət Məcəlləsinin (CM) 234.4.3ci (külli miqdarda narkotik vasitə) maddəsi ilə cinayət işi başlanılıb. V. Hüseynov hazırda həbsdə olan və "Lotu Quli" ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifovun bacısının həyat yoldaşıdır.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub