Martın 4-ü saat 12 radələrində Bakıda yol polisi ilə mübahisə edən sürücünün ölüm hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.
Mynews.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Lent.az-a açıqlamasında bildirib ki, Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən yol polisi tərəfindən saxlanılan “Nissan”ın sürücüsü, 1961-ci il təvəllüdlü Əsgər Muradovun qəfil ölümü ilə bağlı müvafiq ekspertizalar təyin edilib:
“Hadisə baş verən gün əraziyə ekspertlər gəlib. Müvafiq ekspertizalar təyin edilib. Həmçinin avtomobilin hansı istiqamətdən gəlib hara getməsi müəyyənləşdirilir. Ərazidəki müşahidə və təhlükəsizlik kameralarının qeydə aldığı görüntülər də araşdırılır. İlk gündən bu məsələ diqqətdədir və araşdırmaların nəticəsi barədə vəfat edən şəxsin yaxınları, eləcə də ictimaiyyət məlumatlandırılacaq”.
Qeyd edək ki, martın 4 -də paytaxtın Ziya Bünyadov prospektində Rusiya vətəndaşı Əsgər Muradovun idarə etdiyi “Nissan” markalı avtomobili yol polisi əməkdaşı saxlayıb.
Qohumlarının açıqlamasına görə, YPX əməkdaşının sürücü ilə kobud davranışı onun ölümünə səbəb olub. İddiaya görə, Nərimanov Rayon Dövlət Yol Polisi İdarəsinə məxsus “267” seriyalı avtomobildə olan yol polisi sürücünü “avtoşluq”da ittiham edib və aralarında mübahisə yaranıb. Nəticədə Ə.Muradov hadisə yerində ölüb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub