Zərdabda 4 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
Mynews.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zərdab-Mollakənd yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb.
Şahin Şirvan oğlu Cəfərovun idarə etdiyi "FORD" markalı maşınla İbrahim Rafiq oğlu İsayevin idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və "Mercedes" markalı avtomobilin sərnişinləri - Vahid Əlağa oğlu Həsənov və onun həyat yoldaşı xəsarət alıblar.
Ş. Cəfərovun xəsarətləri ağır olduğundan o, müalicə məqsədi ilə paytaxta aparılıb.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub